Yanğın siqnalizasiyası
Bakıda yanğın siqnalizasiyası sistemlərinin quraşdırılması
Safety Solutions Group MMC Bakıda və regionlarda yanğın siqnalizasiyası sistemlərini layihələndirir, avadanlığı satır, quraşdırır və texniki xidmət göstərir. Şirkət 2017-ci ildən fəaliyyət göstərir və Fövqəladə Hallar Nazirliyi ilə İqtisadiyyat Nazirliyinin lisenziyasına malikdir. Layihə üçün lazım olan sənədləri biz hazırlayırıq, obyektə baxış pulsuzdur.
- FHN + İqtisadiyyat Nazirliyi lisenziyası
- Layihə və sənədlər daxil
- Quraşdırmadan sonra texniki xidmət

Sistemin tərkib hissələri
Yanğın siqnalizasiyası sistemi bir neçə hissədən ibarətdir və hamısını bir yerdən təmin edirik. Avadanlığı Bakıdakı showroomumuzda görmək olar.
İdarəetmə paneli
Sistemin mərkəzi: detektorlardan gələn siqnalı qəbul edir, xəbərdarlığı işə salır və baş verənləri yaddaşda saxlayır. Obyektin ölçüsünə görə konvensional və ya ünvanlı panel seçilir.
Tüstü və istilik detektorları
Tavanda quraşdırılır, tüstünü və ya temperaturun kəskin artımını aşkarlayır. Otağın təyinatına görə detektor tipi və sayı layihədə müəyyən olunur.
Əl ilə xəbərdarlıq düymələri
Çıxış yolları və dəhlizlərdə quraşdırılan qırmızı düymələr. İnsan yanğını detektordan əvvəl görərsə, sistemi əl ilə işə salır.
Sirena və işıq siqnalları
Səs və işıqla xəbərdarlıq edən cihazlar. Səs-küylü istehsalat sahələri üçün işıqlı siqnal, ofislər üçün sirena kifayət edir.
Ünvanlı, yoxsa adi sistem?
Adi (konvensional) sistemdə panel yalnız hansı zonada siqnal olduğunu göstərir; kiçik obyektlər üçün sadə və ucuzdur. Ünvanlı sistemdə hər detektorun öz ünvanı var, panel dəqiq otağı və cihazı göstərir, nasazlıqları izləyir; orta və böyük obyektlər, çoxmərtəbəli binalar və mərkəzi monitorinq üçün seçilir. Araz, Bazarstore və Azza mağaza şəbəkələrində yüzlərlə obyektin siqnalizasiyası mərkəzi ofisdən izlənir.
İşin gedişi: layihədən texniki xidmətə
Əvvəlcə obyektə baxırıq və layihə hazırlayırıq; lazım olan sənədləri biz tərtib edirik. Sonra avadanlığı gətirib quraşdırırıq, sistemi sınaqdan keçiririk və istismara veririk. Quraşdırmadan sonra sistemi daimi işlək vəziyyətdə saxlamaq üçün texniki xidmət göstəririk. Eyni komanda avtomatik yanğınsöndürmə (sulu, qazlı, köpüklü), tüstüsovurma və mühafizə siqnalizasiyası sistemlərini də quraşdırır.
Texniki xidmət, yeniləmə və 7/24 nasazlıq çağırışı
Quraşdırdığımız və başqalarının quraşdırdığı sistemlərə illik texniki xidmət müqaviləsi bağlayırıq: dövri yoxlamalar, detektorların təmizlənməsi, batareyaların dəyişdirilməsi, sənədləşmə və nasazlıq çağırışları. Köhnə və ya normaya uyğun olmayan panelləri mövcud kabel üzərində yeniləyirik.
- İllik texniki xidmət müqaviləsi (AMC)
- Köhnə panellərin yenilənməsi və retrofit
- Nasazlıq çağırışı 7/24
- FHN yoxlamaları üçün sənədlər
Hansı obyektlər üçün
Ofislər və biznes mərkəzləri, mağazalar və ticarət mərkəzləri, yaşayış kompleksləri, istehsalat və anbarlar, təhsil və dövlət obyektləri. 2017-ci ildən şirkət Olimpiya Stadionu, Milli Gimnastika Arenası, Boulevard Residence, ZARA və Massimo Dutti mağazaları kimi obyektlərdə təhlükəsizlik sistemləri quraşdırıb.
Fit-out və tikinti podratçıları üçün
MEP mühəndisləri, fit-out və interyer şirkətləri ilə layihə mərhələsindən işləyirik: sıx qrafikə uyğun mobilizasiya, dizaynı pozmayan cihaz yerləşdirməsi, FHN ilə razılaşdırma və təhvildən sonra texniki xidmət.
Necə başlamaq olar
Zəng edin və ya WhatsApp-da yazın. Obyektə pulsuz baxış keçirir, sistemin tərkibini və qiymətini göstərən təklif hazırlayırıq. Razılaşdıqdan sonra layihə, quraşdırma və istismara vermə mərhələlərini biz aparırıq.
Layihələr
Bu sistemi quraşdırdığımız layihələr
Bu sistemdə işlətdiyimiz brendlər


- Triga (Honeywell)
Tez-tez verilən suallar
Bu xidmət haqqında suallar
Əlaqə
Obyektinizə pulsuz baxış üçün yazın
Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24






