Safety SolutionsGroup

Parking və giriş nəzarəti

Parking sistemləri və şlaqbaum quraşdırılması Bakıda

Yaşayış kompleksləri, biznes mərkəzləri və ticarət obyektləri üçün şlaqbaum, ANPR nömrə tanıma, biletsiz parking, yer naviqasiyası və ödəniş stansiyalarını layihələndirir, quraşdırır və texniki xidmətdə saxlayırıq. Sea Breeze Resort-un bütün ərazisində biletsiz parking sistemi bizim işimizdir.

  • Keytop və Hikvision avadanlığı
  • Layihə, quraşdırma, texniki xidmət
  • Şlaqbaumdan tam parkinqə qədər
Parkinqin giriş nöqtəsi: şlaqbaum, ANPR kamera və ödəniş terminalı
  • Parkinqin giriş nöqtəsi: şlaqbaum, ANPR kamera və ödəniş terminalı
  • Yeraltı parkinqdə yer naviqasiyası: LED göstəricilər və boş yer sayğacı
  • Ticarət mərkəzinin monitorinq otağı: NVR və kamera görüntüləri
  • Safety Solutions texnikləri obyektdə kabel kanalı quraşdırır

Parking sisteminin tərkibi

Sistem obyektin ölçüsünə görə yığılır: kiçik həyət üçün bir şlaqbaum və pult kifayətdir, ticarət mərkəzi üçün nömrə tanıma, ödəniş və yer naviqasiyası birlikdə işləyir. Hər komponenti ayrıca da quraşdırırıq.

  • Şlaqbaum

    Avtomatik və elektron şlaqbaumlar; pult, kart və ya nömrə ilə açılma. Həyət, ofis və ticarət parkinqləri üçün. Köhnə şlaqbaumların təmiri və dəyişdirilməsi.

  • ANPR nömrə tanıma

    Kamera avtomobilin nömrəsini oxuyur, icazəli nömrələr dayanmadan keçir. Sakin, işçi və qonaq rejimləri, hesabatlar.

  • Biletsiz parking

    Giriş-çıxış nömrə ilə qeydə alınır, ödəniş terminalda və ya tətbiqdə. Kağız bilet, itirilmiş kart və növbə problemi yoxdur.

  • Yer naviqasiyası

    Ultrasəs sensorlar hər yerin boş və ya dolu olduğunu göstərir, LED tablolar sürücünü yönləndirir. Mərkəzi proqramda dolma statistikası.

Hansı obyektlər üçün

Yaşayış kompleksləri (sakin və qonaq rejimi), biznes mərkəzləri (abunə və saatlıq), ticarət mərkəzləri və otellər (ödənişli parking), müəssisə həyətləri (nəzarət və hesabat). Yeraltı parkinqlərdə sistemi karbon monoksid detektorları və ventilyasiya ilə birləşdiririk.

  • Yaşayış kompleksləri və həyətlər
  • Biznes mərkəzləri və ofis binaları
  • Ticarət mərkəzləri və otellər
  • Yeraltı və çoxmərtəbəli parkinqlər
  • Müəssisə və anbar həyətləri

İşin gedişi

Obyektə gəlib giriş-çıxış nöqtələrini, kabel yollarını və elektrik təchizatını yerində qiymətləndiririk. Sonra sxem və avadanlıq siyahısı ilə təklif hazırlayırıq. Quraşdırmadan sonra sistemi sınaqdan keçirir, idarəetmə proqramında rejimləri qurur və istifadəçiləri öyrədirik. Texniki xidmət müqaviləsi ilə şlaqbaumların və kameraların dövri yoxlanışını, nasazlıq çağırışlarını üzərimizə götürürük.

Bu sistemdə işlətdiyimiz brendlər

Tez-tez verilən suallar

Bu xidmət haqqında suallar

Keçid intensivliyi və qolun uzunluğu seçimi müəyyən edir. Gündə 20–50 avtomobil keçən həyət üçün standart avtomatik şlaqbaum kifayətdir; intensiv keçid üçün sürətli model seçilir. Pult, kart və nömrə tanıma eyni şlaqbaumda birlikdə işləyə bilər.

Əlaqə

Parkinqinizə pulsuz baxış

Obyektə gəlib keçid nöqtələrini və kabel yollarını yerində qiymətləndiririk, sonra təklif hazırlayırıq.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp