Oğurluğa qarşı mühafizə
Mühafizə siqnalizasiyası sistemləri
Ofis, mağaza, anbar və evlər üçün mühafizə siqnalizasiyası sistemlərini layihələndirir, quraşdırır və texniki xidmətdə saxlayırıq: hərəkət sensorları, qapı-pəncərə kontaktları, şüşə qırılma detektorları, idarəetmə paneli, sirena və telefona GSM bildiriş. Sistem video-müşahidə və yanğın siqnalizasiyası ilə birləşdirilə bilər.
- Simli və simsiz sistemlər
- Telefona GSM/IP bildiriş
- Kamera və giriş nəzarəti ilə inteqrasiya

- təsis ili
- 2017
- tamamlanmış layihə
- 500+
- müştəri
- 200+
Sistemin tərkibi
Mühafizə siqnalizasiyası bir neçə hissədən ibarətdir və hamısını bir yerdən təmin edirik. Obyektin ölçüsünə görə simli, simsiz və ya qarışıq sistem seçirik.
İdarəetmə paneli
Sistemin mərkəzi: zonaları izləyir, sensorlardan siqnal alır, sirenanı və bildirişi işə salır. Klaviatura, kart və ya mobil tətbiqlə qorumaya qoyulur.
Hərəkət sensorları
PIR və ikili texnologiyalı sensorlar otaqlarda hərəkəti aşkarlayır. Ev heyvanı olan obyektlər üçün uyğun modellər seçirik.
Qapı-pəncərə kontaktları
Maqnit kontaktlar qapı və pəncərələrin açılmasını, şüşə qırılma detektorları vitrin və pəncərə şüşəsinin sınmasını qeydə alır.
Sirena və bildiriş
Daxili və xarici sirenalar, GSM/IP modul vasitəsilə telefona zəng, SMS və ya tətbiq bildirişi. İstəyə görə mühafizə xidmətinə ötürmə.
Ehtiyat enerji mənbəyi
Elektrik kəsiləndə sistemin işləməsini təmin edir.
Mühafizə siqnalizasiyasının növləri
Sistemin növü obyektin ölçüsünə, kabel çəkmək imkanına və bildirişin kimə getməli olduğuna görə seçilir.
Simli sistemlər
Sensorlar idarəetmə panelinə kabellə qoşulur.
Simsiz sistemlər
Sensorlar panellə radio əlaqəsi ilə işləyir.
Ünvanlı sistemlər
Hər sensorun ayrıca ünvanı olur, panel hansı sensorun işə düşdüyünü göstərir.
Mərkəzləşdirilmiş sistemlər
Bir neçə mühafizə zonası bir paneldən idarə olunur.
GSM və internet əsaslı sistemlər
Təhlükə barədə mobil telefona bildiriş göndərir.
Sistem necə işləyir
Sistem mühafizəyə qoyulandan sonra hər şey avtomatik baş verir.
- Sensorlar mühafizə olunan ərazini nəzarətdə saxlayır.
- İcazəsiz giriş və ya hərəkət aşkar ediləndə məlumat idarəetmə panelinə ötürülür.
- Panel sirenanı və işıq siqnalını işə salır.
- GSM və ya internet vasitəsilə istifadəçiyə xəbərdarlıq göndərilir.
Hansı obyektlər üçün
Mağazalar və anbarlar (mal itkisi riski), ofislər (iş saatından kənar qoruma), evlər və villalar (yaşayış rejimi ilə), aptek və kassa nöqtələri (təcili düymə). Sea Breeze Resort-un yaşayış binalarında mühafizə siqnalizasiyası bizim quraşdırdığımız 13 alt sistemdən biridir.
- Mağaza, anbar və ticarət obyektləri
- Ofislər və biznes mərkəzləri
- Evlər, villalar və yaşayış kompleksləri
- Aptek, kassa və bank nöqtələri
Kamera və giriş nəzarəti ilə birlikdə
Siqnalizasiya işə düşəndə həmin zonanın kamerası qeydə alır və görüntü telefona göndərilir; giriş nəzarəti sistemi ilə birlikdə kimin nə vaxt daxil olduğu görünür. Yanğın siqnalizasiyası ilə eyni obyektdə hər iki sistemi ayrıca panellərlə qurur, bildirişləri bir yerə toplayırıq.
Mühafizə siqnalizasiyasının üstünlükləri
Siqnalizasiya obyekti boş olduğu vaxtda da nəzarətdə saxlayır.
- Oğurluq və icazəsiz giriş riskini azaldır
- Təhlükə barədə dərhal məlumat verir
- İnsan müdaxiləsi olmadan avtomatik işləyir
- Video-müşahidə və yanğın siqnalizasiyası sistemləri ilə birləşdirilə bilir
İşin gedişi
Obyektə pulsuz baxış keçirir, giriş nöqtələrini və riskli zonaları müəyyən edirik. Sonra sxem və avadanlıq siyahısı ilə təklif veririk. Quraşdırmadan sonra sistemi sınaqdan keçirir, istifadəçiləri qoruma rejimləri ilə tanış edirik. Texniki xidmət müqaviləsi ilə batareyaların, sensorların və rabitənin dövri yoxlanışını üzərimizə götürürük.
Layihələr
Bu sistemi quraşdırdığımız layihələr
Bu sistemdə işlətdiyimiz brendlər
Necə keçir
Sorğudan texniki xidmətə qədər beş addım
- 1
Obyektə baxış
Pulsuz. Tələbləri, kabel xətlərini və mövcud sistemləri yerində qiymətləndiririk.
- 2
Layihə və təklif
Sxemi, avadanlıq siyahısını və qiymət təklifini 1–3 iş günü ərzində hazırlayırıq; tələb olunduqda layihəni FHN ilə razılaşdırırıq.
- 3
Quraşdırma
Quraşdırmanı öz texniki komandamız obyektin iş qrafikinə uyğun aparır.
- 4
Sınaq və təhvil
Sistemi sınaqdan keçirir, istifadəçilərə işləmə qaydasını izah edir, təhvil-təslim aktını və sənədləri təqdim edirik.
- 5
Texniki xidmət
Quraşdırma işlərinə 6–12 ay zəmanət veririk. İllik müqavilə ilə dövri yoxlamalar aparır, nasazlıq zamanı obyektə gəlirik.
Tez-tez verilən suallar
Bu xidmət haqqında suallar
Əlaqə
Obyektinizə pulsuz baxış
Giriş nöqtələrini və riskli zonaları yerində müəyyən edir, sensorların siyahısı ilə təklif hazırlayırıq.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış



