Safety SolutionsGroup

Giriş nəzarəti

Domofon quraşdırılması və giriş nəzarət sistemləri

Şəxsi villalar, yaşayış binaları, ofislər və müəssisələr üçün video domofonlar, kart, kod və üz tanıma ilə giriş nəzarəti sistemləri və turniketlər quraşdırırıq. Hikvision markalı video domofonlarla işləyirik və onları şəxsi villalarda quraşdırmışıq. Sistem video-müşahidə, mühafizə siqnalizasiyası və şlaqbaumla birləşdirilir; kimin nə vaxt daxil olduğu hesabatda görünür.

  • Hikvision video domofonlar
  • Kart, kod və üz tanıma
  • Turniketlər və elektrik kilidlər
Giriş nəzarəti və video-müşahidə serverinin şkafı
təsis ili
2017
tamamlanmış layihə
500+
müştəri
200+

Nə daxildir

Çoxabonentli və fərdi video domofonlar, giriş panelləri, elektromaqnit və elektromexaniki kilidlər, kart və üz tanıma oxuyucuları, turniketlər, idarəetmə proqramı və hesabatlar, kamera və şlaqbaumla inteqrasiya.

  • Yaşayış binaları üçün çoxabonentli domofon
  • Ofislər üçün kart və üz tanıma ilə giriş
  • Turniketlər və qapı nəzarəti
  • Giriş-çıxış hesabatları

Villa və fərdi ev üçün video domofon

Şəxsi villalarda Hikvision video domofonları quraşdırmışıq. Dəst adətən darvazadakı çağırış panelindən, evin içindəki monitordan və elektrik kilidindən ibarət olur. IP modellərdə zəng telefona da gəlir: qonağı görüb darvazanı evdə olmadan açmaq mümkündür.

  • Darvazada kameralı çağırış paneli
  • Evdə bir və ya bir neçə monitor
  • Elektromaqnit və ya elektromexaniki kilid
  • Mobil tətbiq: zəng telefona ötürülür

Hansı obyektlər üçün

Şəxsi villalar, yaşayış binaları və kompleksləri, ofislər və biznes mərkəzləri, istehsalat və anbarlar, məktəb və klinikalar.

Bu sistemdə işlətdiyimiz brendlər

Necə keçir

Sorğudan texniki xidmətə qədər beş addım

  1. 1

    Obyektə baxış

    Pulsuz. Tələbləri, kabel xətlərini və mövcud sistemləri yerində qiymətləndiririk.

  2. 2

    Layihə və təklif

    Sxemi, avadanlıq siyahısını və qiymət təklifini 1–3 iş günü ərzində hazırlayırıq; tələb olunduqda layihəni FHN ilə razılaşdırırıq.

  3. 3

    Quraşdırma

    Quraşdırmanı öz texniki komandamız obyektin iş qrafikinə uyğun aparır.

  4. 4

    Sınaq və təhvil

    Sistemi sınaqdan keçirir, istifadəçilərə işləmə qaydasını izah edir, təhvil-təslim aktını və sənədləri təqdim edirik.

  5. 5

    Texniki xidmət

    Quraşdırma işlərinə 6–12 ay zəmanət veririk. İllik müqavilə ilə dövri yoxlamalar aparır, nasazlıq zamanı obyektə gəlirik.

Tez-tez verilən suallar

Bu xidmət haqqında suallar

Mənzil sayından və mövcud kabeldən asılıdır: kiçik bina bir neçə gün, böyük kompleks mərhələlərlə. Obyektə baxdıqdan sonra qrafiki deyirik.

Əlaqə

Obyektinizə pulsuz baxış üçün yazın

Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

Gürcüstan

Gzatkecili 15km, Rustavi

+995 593 10 33 36

info@safetysolutions.ge

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp