Konfrans sistemləri
Audio-video konfrans sistemləri
İclas otaqları və konfrans zalları üçün audio-video konfrans sistemlərini layihələndirir, quraşdırır və sazlayırıq: konfrans mikrofonları, kameralar, dinamiklər, ekranlar və idarəetmə paneli. Sistem zalda olanların bir-birini aydın eşitməsini, uzaqdan qoşulanların isə iclası səsli və görüntülü izləməsini təmin edir. DSPPA avadanlığı ilə işləyirik.
- Konfrans mikrofonları və kameralar
- Kiçik otaqdan böyük zala qədər
- DSPPA avadanlığı

- təsis ili
- 2017
- tamamlanmış layihə
- 500+
- müştəri
- 200+
Sistemin əsas komponentləri
Avadanlığın tərkibi zalın ölçüsünə və iclasın formatına görə yığılır.
Videokameralar
İştirakçıların görüntüsünü ötürür.
Mikrofonlar
Səsi qəbul edir və ötürür.
Dinamiklər
Çıxış edənin və uzaqdan qoşulanların səsini zala verir.
Monitor və ekranlar
İştirakçıların görüntüsünü və təqdimatları göstərir.
Kodek və prosessorlar
Audio və video siqnallarını emal edir.
Şəbəkə avadanlığı
İnternet və lokal şəbəkə bağlantısını təmin edir.
İdarəetmə paneli
Sistemin bir yerdən idarə olunmasına imkan verir.
Konfrans sistemlərinin növləri
Sistem otağın ölçüsünə və iştirakçıların harada olduğuna görə seçilir.
Kiçik otaqlar üçün
2–6 nəfərlik görüş otaqları: kamera, masaüstü mikrofon və ekran.
Böyük zallar üçün
İclas zalları və konfrans mərkəzləri: iştirakçılar üçün mikrofon pultları, bir neçə kamera və zal səsləndirməsi.
Hibrid sistemlər
Zalda oturanları və uzaqdan qoşulanları bir iclasda birləşdirir.
Layihələndirmədə nəzərə aldıqlarımız
Səsin və görüntünün keyfiyyəti avadanlıqdan çox onun zala uyğun seçilməsindən asılıdır.
- Otağın ölçüsü və iştirakçıların sayı
- Kameranın görüntü bucağı və keyfiyyəti
- Mikrofonların sayı və yerləşdirilməsi
- Akustika və səs-küyün azaldılması
- İnternet sürəti və şəbəkə təhlükəsizliyi
- Mövcud avadanlıqla inteqrasiya
Hansı obyektlər üçün
İclasların və tədbirlərin keçirildiyi hər obyekt üçün.
- Dövlət və özəl müəssisələr
- Universitetlər və təhsil müəssisələri
- Banklar və maliyyə təşkilatları
- Tibb müəssisələri
- Otellər, konfrans və iclas zalları
Layihələr
Bu sistemi quraşdırdığımız layihələr
Bu sistemdə işlətdiyimiz brendlər
Necə keçir
Sorğudan texniki xidmətə qədər beş addım
- 1
Obyektə baxış
Pulsuz. Tələbləri, kabel xətlərini və mövcud sistemləri yerində qiymətləndiririk.
- 2
Layihə və təklif
Sxemi, avadanlıq siyahısını və qiymət təklifini 1–3 iş günü ərzində hazırlayırıq; tələb olunduqda layihəni FHN ilə razılaşdırırıq.
- 3
Quraşdırma
Quraşdırmanı öz texniki komandamız obyektin iş qrafikinə uyğun aparır.
- 4
Sınaq və təhvil
Sistemi sınaqdan keçirir, istifadəçilərə işləmə qaydasını izah edir, təhvil-təslim aktını və sənədləri təqdim edirik.
- 5
Texniki xidmət
Quraşdırma işlərinə 6–12 ay zəmanət veririk. İllik müqavilə ilə dövri yoxlamalar aparır, nasazlıq zamanı obyektə gəlirik.
Tez-tez verilən suallar
Bu xidmət haqqında suallar
Əlaqə
Obyektinizə pulsuz baxış üçün yazın
Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

