Safety SolutionsGroup

Qazlı və mətbəx yanğınsöndürmə

FM-200 və NOVEC 1230 yanğınsöndürmə sistemləri

Suyun zərər verəcəyi yerlərdə yanğını qazla söndürən sistemlər quraşdırırıq: server və telekommunikasiya otaqları, arxivlər, elektrik paylayıcı otaqlar, idarəetmə mərkəzləri. Təmiz agent sistemləri (FM-200, NOVEC 1230, IG-541) iz qoymur və elektronikaya zərər vermir. Restoran mətbəxləri üçün davlumbaz altında işləyən yaş kimyəvi sistemlər (R-102 tipli) quraşdırırıq. SOCAR Tower və Bakı Olimpiya Stadionunda qazlı söndürmə sistemləri (İnergen, FM-200, HFC-125) bizim texniki xidmətimizdədir.

  • FM-200, NOVEC 1230, IG-541
  • Mətbəx davlumbaz sistemləri
  • SOCAR Tower və Olimpiya Stadionu
  • Layihə, quraşdırma, illik xidmət
Qazlı söndürmə sisteminin balon bloku: paylayıcı kollektor və balonlar
təsis ili
2017
tamamlanmış layihə
500+
müştəri
200+

Hansı sistemi harada quraşdırırıq

Söndürücü maddə otağın təyinatına, həcminə və insanların olub-olmamasına görə seçilir. Hər üç təmiz agent insanlar üçün təhlükəsiz konsentrasiyada işləyir və söndürdükdən sonra qalıq qoymur.

  • FM-200 (HFC-227ea)

    Ən geniş yayılmış təmiz agent: az balon sayı, sürətli söndürmə (10 saniyəyə qədər boşalma). Server otaqları, UPS və elektrik otaqları, arxivlər.

  • NOVEC 1230 (FK-5-1-12)

    Ozona təsiri olmayan, aşağı istixana potensiallı agent. Data mərkəzləri və insanların daimi olduğu otaqlar üçün seçilir; balon sayı FM-200-dən bir qədər çox olur.

  • IG-541 (inert qaz)

    Azot, arqon və CO2 qarışığı: oksigeni yanma həddindən aşağı salır. Böyük həcmlər və uzun boru xətləri üçün; balonlar otaqdan uzaqda yerləşdirilə bilər.

  • Mətbəx davlumbaz sistemi

    Restoran, otel və yeməkxana mətbəxləri üçün: davlumbaz altında yağ yanğınını aşkarlayır, yaş kimyəvi maddə ilə söndürür və qazı avtomatik kəsir. Yanğın siqnalizasiyası ilə birləşdirilir.

FM-200 və NOVEC 1230-un müqayisəsi

Hər iki agent yanğını istiliyi udmaqla söndürür, elektrik keçirmir və avadanlıqda qalıq buraxmır. Fərq ətraf mühitə təsirdədir.

  • Kimyəvi adı

    FM-200: HFC-227ea. NOVEC 1230: FK-5-1-12.

  • Ozon qatına təsiri

    Hər iki agentdə ozonu dağıtma potensialı sıfırdır (ODP = 0).

  • Qlobal istiləşmə potensialı

    FM-200-də yüksəkdir (GWP təxminən 3220), NOVEC 1230-da çox aşağıdır (GWP 1-dən az).

  • İstifadə sahəsi

    Hər ikisi server, elektrik və telekommunikasiya otaqları, arxivlər üçün uyğundur.

Sistemin əsas komponentləri

Hər iki sistem əsasən eyni avadanlıqdan ibarətdir.

  • Qaz balonları və söndürücü maddə
  • Balon klapanları və kollektor
  • Boru xətləri və püskürdücü ucluqlar
  • Yanğın aşkarlama detektorları
  • Qazlı söndürmənin idarəetmə paneli
  • Səsli və işıqlı xəbərdarlıq qurğuları
  • Əl ilə işə salma və dayandırma düymələri
  • Təzyiqə və boşalmaya nəzarət qurğuları

Hansı obyektlər üçün

Qazlı söndürmə orada lazımdır ki, su avadanlığı və ya sənədləri məhv etsin: server otaqları, telekommunikasiya qovşaqları, elektrik paylayıcı və UPS otaqları, arxiv və muzey fondları, idarəetmə otaqları. Mətbəx sistemləri restoran, otel və iri yeməkxanalar üçündür. SOCAR Tower-də İnergen, HFC-125 və mətbəx söndürmə sistemlərinə, Bakı Olimpiya Stadionunda isə İnergen, FM-200 və su dumanı sistemlərinə 2022-ci ildən dövri texniki xidmət göstəririk.

  • Server və data otaqları
  • Elektrik paylayıcı və UPS otaqları
  • Arxivlər, kitabxanalar, muzey fondları
  • Telekommunikasiya qovşaqları
  • Restoran və otel mətbəxləri

Nə daxildir

Otağın həcminə görə hesablama və layihə, FHN ilə razılaşdırma, balonlar və ucluqlar, avtomatik aşkarlama (tüstü və istilik detektorları, iki zonalı təsdiq), boşalma gecikməsi və səsli-işıqlı xəbərdarlıq, əl ilə işə salma və bloklama düymələri, otağın hermetiklik yoxlaması, istismara vermə və illik texniki xidmət (təzyiq, çəki, detektorlar).

Layihələndirmədə nəzərə aldıqlarımız

Qazın miqdarı otağın həcminə görə hesablanır, ona görə layihə ölçmədən başlayır.

  • Otağın uzunluğu, eni, hündürlüyü və ümumi həcmi
  • Yanğın riskinin sinfi
  • Tələb olunan qaz konsentrasiyası
  • Balonların sayı və tutumu
  • Boruların diametri və ucluqların yerləşməsi
  • Otağın hermetikliyi və artıq təzyiqin boşaldılması
  • İnsanların təhlükəsiz təxliyəsi
  • Avtomatik və əl ilə işə salma rejimləri

İşin gedişi

Obyektə baxıb otağın ölçülərini, qapı-pəncərələri və ventilyasiyanı qeyd edirik, sonra agenti və balon sayını hesablayıb layihə ilə təklif veririk. Quraşdırmadan sonra sistem sınaqdan keçirilir və sənədlərlə təhvil verilir. İllik müqavilə ilə balonların təzyiqini və çəkisini, detektorları və panelin işini yoxlayır, boşalmadan sonra yenidən doldurmanı təşkil edirik.

Standartlar və tələblər

Layihələndirmədə NFPA 2001 və ISO 14520 (təmiz agentli qazlı yanğınsöndürmə sistemləri) standartları və Azərbaycanda qüvvədə olan yanğın təhlükəsizliyi və tikinti normaları (AzDTN) nəzərə alınır.

Bu sistemdə işlətdiyimiz brendlər

Necə keçir

Sorğudan texniki xidmətə qədər beş addım

  1. 1

    Obyektə baxış

    Pulsuz. Tələbləri, kabel xətlərini və mövcud sistemləri yerində qiymətləndiririk.

  2. 2

    Layihə və təklif

    Sxemi, avadanlıq siyahısını və qiymət təklifini 1–3 iş günü ərzində hazırlayırıq; tələb olunduqda layihəni FHN ilə razılaşdırırıq.

  3. 3

    Quraşdırma

    Quraşdırmanı öz texniki komandamız obyektin iş qrafikinə uyğun aparır.

  4. 4

    Sınaq və təhvil

    Sistemi sınaqdan keçirir, istifadəçilərə işləmə qaydasını izah edir, təhvil-təslim aktını və sənədləri təqdim edirik.

  5. 5

    Texniki xidmət

    Quraşdırma işlərinə 6–12 ay zəmanət veririk. İllik müqavilə ilə dövri yoxlamalar aparır, nasazlıq zamanı obyektə gəlirik.

Tez-tez verilən suallar

Bu xidmət haqqında suallar

Hər ikisi qalıq qoymayan təmiz agentdir. FM-200 daha az balon tələb edir və geniş yayılıb; NOVEC 1230-un ozona təsiri yoxdur və istixana potensialı çox aşağıdır, buna görə yeni data mərkəzlərində daha çox seçilir. Seçimi otağın həcmi, balonların yeri və ekoloji tələblər müəyyən edir.

Əlaqə

Server otağınız üçün pulsuz hesablama

Otağın ölçülərini göndərin və ya baxış üçün vaxt təyin edək: agenti, balon sayını və layihəni hazırlayırıq.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

Gürcüstan

Gzatkecili 15km, Rustavi

+995 593 10 33 36

info@safetysolutions.ge

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp