Ofis qülləsi · Bakı
SOCAR Tower: İnergen, FM-200, HFC-125 və mətbəx söndürmə sistemlərinin texniki xidməti
SOCAR Tower Heydər Əliyev prospektində yerləşən 209 metrlik, 42 mərtəbəli ofis qülləsidir, 2016-cı ildə istifadəyə verilib və Azərbaycanın ən hündür binasıdır. 2022-ci ildən qüllənin qazlı yanğınsöndürmə sistemlərinə texniki xidmət göstəririk: 130 balonluq İnergen sistemi, FM-200 və HFC-125 təmiz agent sistemləri, 30 azot balonu və 10 mətbəx avadanlığı üçün qazlı söndürmə sistemi.
- Obyekt
- SOCAR Tower
- Status
- Xidmətdə
- Sistemlər
- İnergen, FM-200, HFC-125, mətbəx söndürmə
- İşin əhatəsi
- Quraşdırma · xidmət

Quraşdırılan sistemlər
Quraşdırılan sistemlər
- FM200 və NOVEC 1230 qazlı söndürmə sistemləri
- Texniki xidmət müqaviləsi
İş haqqında
İşin məzmunu
Bu səviyyəli obyektdə söndürmə sisteminin iki fərqli zonası var. Server, elektrik və texniki otaqlarda təmiz agentli qazlı sistemlər işləyir: İnergen alovu oksigeni azaltmaqla, FM-200 və HFC-125 isə istiliyi udmaqla söndürür; bu maddələr avadanlıqda qalıq qoymur və insanların olduğu otaqda təhlükəsizdir. Mətbəx zonalarında isə bişirmə avadanlığının üstündə yerləşən nozzlar yağ yanğınlarını söndürür.
Qüllədə bu sistemlər normal iş rejimində görünmür, amma hər an işə düşməyə hazır olmalıdır. Dövri xidmətdə 170-dən çox balonun təzyiqi və çəkisi, detektorlar, idarəetmə panelləri, siqnal və buraxılış xətləri yoxlanılır; nəticələr aktlaşdırılır və binanın istismar qrafikinə uyğun planlaşdırılır.
Nasazlıq və ya işə düşmə halında komandamız çağırışla gəlir, sistemi bərpa edir və balonları yenidən doldurur. Server otağı, arxiv və ya mətbəx üçün oxşar həll lazımdırsa, otağın ölçülərini göndərin: agent növünü, balon sayını və layihəni hazırlayaq.
Əlaqə
Server otağı və ya mətbəx üçün hesablama
Otağın ölçülərini göndərin: agenti, balon sayını və təklifi hazırlayırıq.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış