Safety SolutionsGroup

Rezidens · Bakı

Four Seasons Residence Baku: CCTV, yanğın siqnalizasiyası, data, TV və internet

Four Seasons Residence Baku Bakıda yaşayış kompleksidir. 2023–2024-cü illərdə kompleksdə dörd zəif axın sistemini bir mərkəzləşdirilmiş həllə birləşdirərək quraşdırmışıq: 200 ünvanlı tüstü və istilik detektoru, 90 əl ilə xəbərverici və işıqlı-səsli xəbərdarlıq cihazı ilə yanğın siqnalizasiyası, video-müşahidə, data şəbəkəsi, TV və internet infrastrukturu.

Obyekt
Four Seasons Residence Baku
Status
Tamamlanıb
Sistemlər
4 sistem, 200 detektor
İşin əhatəsi
Quraşdırma · inteqrasiya · xidmət
Four Seasons Residence Baku

Quraşdırılan sistemlər

Quraşdırılan sistemlər

İş haqqında

İşin məzmunu

Yaşayış kompleksində ən çox vaxt və pul itkisi sistemlərin bir-birindən ayrı, fərqli podratçılar tərəfindən çəkilməsindən yaranır: hər biri öz kabel trassasını, öz şkafını, öz texniki otağını tələb edir. Biz ümumi kabel infrastrukturunu bir dəfə layihələndirdik və dörd sistemi eyni trassalar və texniki otaqlar üzərində qurduq.

Yanğın siqnalizasiyası kompleksin mərkəzi sistemi kimi qurulub: 200 ünvanlı detektor mənzillərdə, dəhlizlərdə və texniki sahələrdə, 90 əl ilə xəbərverici və işıqlı-səsli xəbərdarlıq cihazı təxliyə yollarında, panel isə mərkəzi otaqda. Video-müşahidə girişləri, həyəti, parkinqi və ümumi zonaları əhatə edir.

Sistemlər 2024-cü ildə sınaqdan keçirilib və təhvil verilib. Yaşayış kompleksi və ya biznes mərkəzi üçün bütün zəif axın sistemlərini bir podratçıdan sifariş etmək istəyirsinizsə, layihəni göndərin: ümumi kabel infrastrukturu ilə birlikdə təklif hazırlayaq.

Əlaqə

Rezidens üçün inteqrasiya edilmiş həll

Kamera, siqnalizasiya və data infrastrukturunu bir layihədə: obyektə baxış üçün yazın.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

Gürcüstan

Gzatkecili 15km, Rustavi

+995 593 10 33 36

info@safetysolutions.ge

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp