Safety SolutionsGroup

Tüstüdən mühafizə

Tüstüsovurma və tüstüdən mühafizə sistemləri

Yanğında insanlar tüstüdən daha çox zərər çəkir. Parkinqlər, ticarət mərkəzləri və çoxmərtəbəli binalar üçün tüstüsovurma və tüstüdən mühafizə sistemlərini quraşdırırıq: tüstü çəkici ventilyatorlar, tüstü klapanları, evakuasiya yollarında təzyiqləndirmə, yanğın siqnalizasiyası ilə avtomatik idarə. Sea Breeze Resort-da tüstüsovurma sistemləri bizim quraşdırdığımız alt sistemlərdən biridir.

  • Ventilyatorlar və klapanlar
  • Yanğın siqnalizasiyası ilə idarə
  • BMS ilə inteqrasiya
Ventilyasiya və tüstüsovurma idarəetmə şkafı

Nə daxildir

Tüstü çəkici ventilyatorlar və hava kanalları, tüstü və yanğın klapanları, pilləkən və lift şaxtalarının təzyiqləndirilməsi, idarəetmə şkafları, yanğın siqnalizasiyası panelindən avtomatik işə salma, BMS-ə inteqrasiya, sınaq və istismara vermə.

Hansı obyektlər üçün

Yeraltı parkinqlər, ticarət mərkəzləri, çoxmərtəbəli yaşayış və ofis binaları, istehsalat sahələri.

Tez-tez verilən suallar

Bu xidmət haqqında suallar

Qapalı parkinqlərdə tüstüsovurma və CO nəzarəti layihə normalarına görə tələb olunur; sistemi CO detektorları və sprinklerlə eyni layihədə görürük.

Əlaqə

Obyektinizə pulsuz baxış üçün yazın

Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · fövqəladə hallar 7/24

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp