Haqqımızda
Safety Solutions Group MMC yanğından mühafizə və zəif axın sistemləri üzrə ixtisaslaşmış sistem inteqratorudur. Şirkət 2017-ci ildən etibarən Bakıda fəaliyyət göstərir, 2025-ci ildən isə Gürcüstan bazarında da təmsil olunur.
Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi və İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş müvafiq lisenziyalara malik olan şirkətimiz layihələndirmədən başlayaraq avadanlıqların təchizatı, quraşdırılması, sistemlərin inteqrasiyası, istismara verilməsi və texniki xidmətə qədər bütün mərhələləri öz peşəkar komandası ilə həyata keçirir.
Əsas yanaşmamız: Layihənin ilkin konsepsiyasından uzunmüddətli texniki xidmətinə qədər vahid komanda, kompleks həllər və etibarlı tərəfdaşlıq.
- 2017-ci ildən
- 500+ layihə
- 200+ müştəri
- Azərbaycan və Gürcüstan

Fəaliyyət tariximiz
Bir sistemdən kompleks inteqrasiyaya
Şirkətimiz 2017-ci ildə Azərbaycanda yanğın siqnalizasiyası və yanğınsöndürmə sistemlərinin quraşdırılması ilə fəaliyyətə başlayıb. Bu gün fəaliyyətimiz yanğından mühafizə sistemləri ilə məhdudlaşmır. Biz zəif axın sistemlərinin geniş spektri üzrə kompleks həllər təqdim edirik. Xidmət istiqamətlərimizə video-müşahidə, mühafizə siqnalizasiyası, girişə nəzarət, səsli xəbərdarlıq, parking sistemləri, karbon monoksid detektorları, otel kilidləri, tibb bacısı çağırış sistemləri, strukturlaşdırılmış kabel şəbəkələri və bina idarəetmə sistemləri (BMS) daxildir.
Həyata keçirdiyimiz mühüm layihələrdən biri Sea Breeze Resort-dur. Burada 15 binanı əhatə edən 13 alt sistemin quraşdırılmasını həyata keçirmişik və bu sistemlərin texniki xidmətini bu gün də davam etdiririk.
2025-ci ildən etibarən fəaliyyətimizi Gürcüstan bazarına da genişləndirmişik.
Hər bir layihədə dəyişməz prinsipimiz var: obyektə ilkin baxış, peşəkar layihələndirmə, sertifikatlı avadanlıqlardan istifadə, öz mütəxəssis komandamız tərəfindən quraşdırma və uzunmüddətli texniki xidmət.
Bizim üçün hər layihə yalnız sistemin quraşdırılması deyil, təhlükəsizliyin və etibarlılığın uzunmüddətli təmin edilməsidir.
Lisenziya
Şirkət Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin verdiyi xüsusi lisenziya əsasında fəaliyyət göstərir: yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri. Layihələr müvafiq dövlət orqanları ilə razılaşdırılır və quraşdırılan sistemlər dövlət normalarına uyğun sənədləşdirilir.
- Xüsusi lisenziya № İN/L-1193/2017
- Verilmə tarixi: 29 dekabr 2017
- Lisenziya verən orqan: Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi
- Fəaliyyət növü: yanğından mühafizə sistemlərinin və vasitələrinin quraşdırılması, texniki xidməti və təmiri
Missiyamız
İnsanları, əmlakı və biznesi qoruyan etibarlı, sertifikatlı və normalara uyğun yanğın və təhlükəsizlik sistemləri qurmaq: dəqiq layihə, keyfiyyətli quraşdırma və vaxtında xidmətlə.
Baxışımız
Azərbaycan və Gürcüstanda yanğından mühafizə və zəif axın sistemləri üzrə ilk seçilən podratçı olmaq: müştərilərlə uzunmüddətli əməkdaşlıq və hər obyektdə daha təhlükəsiz mühit.
İş prinsipimiz
Layihənin ilk ideyasından tam işlək sistemin təhvilinə qədər 4 əsas addım
İlkin təhlil və obyektə baxış
Müştərinin ehtiyaclarını, obyektin xüsusiyyətlərini və texniki tələbləri müəyyən edirik. Riskləri qiymətləndirərək uyğun həlləri seçirik.
Layihələndirmə və təklif
Normativ tələblərə uyğun texniki layihə hazırlayır, avadanlıqları seçir və optimal kommersiya təklifi təqdim edirik.
Quraşdırma və inteqrasiya
Peşəkar komandamız avadanlıqların quraşdırılmasını, sistemlərin inteqrasiyasını, sazlanmasını və sınaqlarını həyata keçirir.
Təhvil və texniki xidmət
Sistemi müştəriyə təhvil verir, istifadəyə dair təlim keçir və davamlı texniki xidmətlə sistemlərin etibarlı işləməsini dəstəkləyirik.
Bizim yanaşmamız: Dörd mərhələ, vahid komanda, kompleks məsuliyyət və uzunmüddətli əməkdaşlıq.
Ofislərimiz
Bakı və Gürcüstan
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış
- Layihə və mühəndis qrupu
- Öz quraşdırma komandası
- Anbar və nümunə stendləri (Teknim, Codesec, Triga, Randa)
Gürcüstan
Gzatkecili 15km, Rustavi
Gürcüstanda 2025-ci ildən fəaliyyət göstəririk: layihələndirmə, quraşdırma və texniki xidmət.
İşlədiyimiz brendlər
Teknim, Keytop, Codesec, Honeywell Triga, Redban, Naffco, Shield və Locstar şirkətlərinin rəsmi partnyoruyuq.
Əlaqə
Obyektinizə pulsuz baxış üçün yazın
Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.
Bakı ofisi
Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247
+994 50 453 33 45 · info@safetysolutions.az
B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış



















