Safety SolutionsGroup

Elektron növbə

Növbə gözləmə sistemləri: elektron növbə terminalı və çağırış ekranları

Bank filialları, klinikalar, dövlət xidməti mərkəzləri və müştəri xidməti zalları üçün elektron növbə sistemlərini layihələndirir, quraşdırır və texniki xidmət göstəririk. Müştəri terminaldan bilet götürür, növbəsini ekranda izləyir, operator isə növbəti müştərini pultdan çağırır. Randa avadanlığı ilə işləyirik.

  • Bilet terminalı və çağırış ekranları
  • SMS və mobil bildiriş
  • Randa avadanlığı
Növbə talonu verən düyməli cihaz
Randa növbə sistemi: talon köşkü, çağırış tabloları və operator masası (istehsalçının vizualı)
təsis ili
2017
tamamlanmış layihə
500+
müştəri
200+

Növbə sistemlərinin növləri

Sistemin tipi müştəri axınına və xidmətin necə təşkil olunduğuna görə seçilir. Bir obyektdə bir neçə üsul birlikdə işləyə bilər.

  • Elektron növbə

    Müştəri terminaldan nömrə götürür və növbəsini ekranda izləyir.

  • Virtual növbə

    Müştəri növbəyə mobil telefondan və ya internetdən yazılır, zalda gözləməyə ehtiyac qalmır.

  • Onlayn qeydiyyat

    Qəbul üçün tarix və saat əvvəlcədən seçilir.

  • Canlı növbə idarəetməsi

    Operatorlar müştəriləri sistemdən çağırır və lazım olan pəncərəyə yönləndirir.

  • Hibrid sistem

    Elektron növbə, virtual növbə və əvvəlcədən qeydiyyat bir sistemdə birləşir.

Sistemin tərkibi

Sistem obyektin pəncərə sayına və xidmət növlərinə görə yığılır.

  • Növbə bileti çap edən terminal
  • Zal üçün çağırış ekranları və səsli elan
  • Operator pultu və ya operatorun kompüterindəki proqram
  • Mərkəzi idarəetmə proqramı
  • SMS və mobil bildiriş modulu
  • Statistika və hesabat paneli: gözləmə müddəti, xidmət vaxtı, pəncərələrin yüklənməsi

Hansı obyektlər üçün

Növbə sistemi müştərinin xidmət üçün gözlədiyi hər yerdə işə yarayır.

  • Banklar və maliyyə qurumları
  • Xəstəxanalar və klinikalar
  • Dövlət xidməti mərkəzləri
  • Mobil operatorların xidmət mərkəzləri
  • Universitetlər və təhsil müəssisələri
  • Ticarət və xidmət obyektləri

Xidmətə nə daxildir

Terminaldan proqrama qədər sistemi bir komanda quraşdırır və işə salır.

  • Obyektə baxış: pəncərə sayının, xidmət növlərinin və müştəri axınının öyrənilməsi
  • Terminalın, ekranların və operator pultlarının təchizatı və quraşdırılması
  • Proqramın qurulması: xidmət növləri, pəncərələr, bilet şablonu, elanlar
  • Əməkdaşlara istifadə qaydasının izahı
  • Texniki xidmət

Bu sistemdə işlətdiyimiz brendlər

Necə keçir

Sorğudan texniki xidmətə qədər beş addım

  1. 1

    Obyektə baxış

    Pulsuz. Tələbləri, kabel xətlərini və mövcud sistemləri yerində qiymətləndiririk.

  2. 2

    Layihə və təklif

    Sxemi, avadanlıq siyahısını və qiymət təklifini 1–3 iş günü ərzində hazırlayırıq; tələb olunduqda layihəni FHN ilə razılaşdırırıq.

  3. 3

    Quraşdırma

    Quraşdırmanı öz texniki komandamız obyektin iş qrafikinə uyğun aparır.

  4. 4

    Sınaq və təhvil

    Sistemi sınaqdan keçirir, istifadəçilərə işləmə qaydasını izah edir, təhvil-təslim aktını və sənədləri təqdim edirik.

  5. 5

    Texniki xidmət

    Quraşdırma işlərinə 6–12 ay zəmanət veririk. İllik müqavilə ilə dövri yoxlamalar aparır, nasazlıq zamanı obyektə gəlirik.

Tez-tez verilən suallar

Bu xidmət haqqında suallar

Bir neçə həkim kabineti və ya qeydiyyat pəncərəsi varsa, sistem gözləmə zalındakı qarışıqlığı aradan qaldırır: xəstə növbəsini ekranda görür, qeydiyyat isə kimin hansı kabinetə getdiyini bilir. Konfiqurasiyanı obyektə baxışdan sonra təklif edirik.

Əlaqə

Obyektinizə pulsuz baxış üçün yazın

Obyektə gəlib tələbləri yerində müəyyən edirik, sonra layihə və təklif hazırlayırıq. Bir iş günü ərzində cavab veririk.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

Gürcüstan

Gzatkecili 15km, Rustavi

+995 593 10 33 36

info@safetysolutions.ge

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp