Safety SolutionsGroup

Stadion · Bakı

Bakı Olimpiya Stadionu: İnergen, FM-200 və su dumanı sistemlərinin texniki xidməti

Bakı Olimpiya Stadionu 2015-ci ilin martında, I Avropa Oyunları ərəfəsində açılıb: Böyükşor gölünün yanında, 60 metr hündürlükdə, altı səviyyəli, 68 mindən çox tamaşaçı yeri olan ölkənin ən böyük stadionudur. 2022-ci ildən stadionun yanğınsöndürmə sistemlərinə texniki xidmət göstəririk: 300 balonluq İnergen sistemi, 30 FM-200 balonu və 5 su dumanı sistemi.

Obyekt
Bakı Olimpiya Stadionu
Status
Xidmətdə
Sistemlər
İnergen, FM-200, su dumanı
İşin əhatəsi
Quraşdırma · xidmət
Bakı Olimpiya Stadionu

Quraşdırılan sistemlər

Quraşdırılan sistemlər

İş haqqında

İşin məzmunu

On minlərlə insanın eyni vaxtda olduğu obyektdə söndürmə sistemi həm effektiv, həm də insanlar üçün təhlükəsiz olmalıdır. Texniki və avadanlıq otaqlarını qazlı sistemlər qoruyur: İnergen oksigeni alovun davam edə bilməyəcəyi səviyyəyə salır, FM-200 isə kiçik həcmli otaqlarda saniyələr içində işləyir. Su dumanı sistemləri yüksək təzyiqlə püskürdülən mikro damcılarla alovu soyudur və adi sprinklerdən dəfələrlə az su işlədir.

Stadion UEFA və FIFA standartlarına uyğun tikilib və beynəlxalq yarışlar qəbul edir, ona görə xidmət matç və tədbir təqviminə bağlanır. Dövri yoxlamada 330 balonun təzyiqi və çəkisi, nozzlar və buraxılış xətləri, su dumanı nasosları və idarəetmə panelləri yoxlanılır, nəticələr aktlaşdırılır.

Nasazlıq halında komandamız çağırışla gəlir və sistemi iş vəziyyətinə qaytarır. İdman, konsert və ya sərgi obyekti üçün söndürmə sistemi planlaşdırırsınızsa, layihəni göndərin: sistem tipini və hesablamanı hazırlayaq.

Əlaqə

İri obyekt üçün təklif

Stadion, arena və ya ictimai bina üçün söndürmə sisteminin hesablanması: layihəni göndərin.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

Gürcüstan

Gzatkecili 15km, Rustavi

+995 593 10 33 36

info@safetysolutions.ge

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp