Safety SolutionsGroup

Aviasiya obyekti · Zabrat

Zabrat Helikopter Servis Mərkəzi: nasos stansiyası, yanğın siqnalizasiyası və FM-200

Zabrat aeroportu Bakının helikopter bazasıdır: burada mülki helikopterlərin saxlanması, texniki xidməti və əsaslı təmiri üçün servis mərkəzi fəaliyyət göstərir. 2024-cü ildən mərkəzdə yanğın təhlükəsizliyi sistemlərini quraşdırırıq: elektrik yanğın nasoslu nasos stansiyası, 100 detektorlu yanğın siqnalizasiyası, FM-200 qazlı söndürmə sistemi, tozlu söndürmə sistemləri və yanğın hidrantları. Quraşdırma tamamlanıb, texniki xidmət davam edir.

Obyekt
Helikopter Servis Mərkəzi
Status
Xidmətdə
Sistemlər
Siqnalizasiya, FM-200, nasos stansiyası
İşin əhatəsi
Quraşdırma · xidmət
Zabrat Helikopter Servis Mərkəzi

Quraşdırılan sistemlər

Quraşdırılan sistemlər

İş haqqında

İşin məzmunu

Aviasiya angarı yanğın baxımından ən tələbkar obyektlərdəndir: hündür tavanlar, böyük açıq sahə, yanacaq və yağlayıcı materiallar, bahalı texnika. Detektorların növü və yerləşməsi angarın hündürlüyünə və hava axınlarına görə seçilib; texniki otaq FM-200 sistemi ilə, yanacaq və texniki zonalar tozlu söndürmə modulları ilə qorunur.

Su ilə söndürmə üçün nasos stansiyası yığılıb: elektrik yanğın nasosu, kollektor, siyirtmələr və hidrant xətti. Sistemlər bir-bir sınaqdan keçirilib və siqnalizasiya paneli ilə əlaqələndirilib ki, işə düşmə halında xəbərdarlıq və söndürmə eyni vaxtda başlasın.

Hazırda sistemlərin dövri texniki xidmətini aparırıq: detektorlar yoxlanılır və təmizlənir, nasos sınaqdan keçirilir, balonların təzyiqi ölçülür. Angar, anbar və ya istehsalat sahəsi üçün yanğın sistemi lazımdırsa, planı göndərin: detektor tipini və layihəni hazırlayaq.

Əlaqə

Sənaye obyekti üçün siqnalizasiya

Angar, anbar və ya istehsalat sahəsi üçün yanğın siqnalizasiyası layihəsi: obyektə baxış üçün vaxt təyin edək.

Bakı ofisi

Bakı ş., Nərimanov r-nu, Ağa Nemətulla küç. 247

+994 50 453 33 45 · info@safetysolutions.az

B.e.–Cümə 09:00–18:00 · iş vaxtından kənar təcili çağırış

Gürcüstan

Gzatkecili 15km, Rustavi

+995 593 10 33 36

info@safetysolutions.ge

Sorğu göndərin

Məlumatlarınız yalnız sorğunuza cavab vermək üçün istifadə olunur.

Zəng etWhatsApp